Açıq dərs
Aprelin 24-də məktəbin müəllimi Afaq Hacıyevanın 5 ç sinfində “ Naftalan” mövzusunda açıq dərsi keçirildi. Şagirdlər Azərbaycanda mövcud olan müxtəlif müalicə ocaqları təsvir olunmuş videoçarxı izlədikdən sonra dərsin hansı mövzuda, hansı istiqamətdə yönələcəyini anladılar.Beşincilər tərəfindən hazırlanmış vətənimizin gözəl guşələrindən biri olan Naftalan şəhəri, onun dünəni ,bu günü və təbii sərvətləri haqqında maraqlı məlumatlar dinlənildi.Naftalanın qiymətli dərman vasitəsi kimi nəinki Azərbaycanda , həm də dünyada tanındığı qeyd edildi.Dərsin gedişi zamanı şagirdlər “ Naftalan” mövzusunu elmi və bədii mətn olaraq iki hissəyə bölüb həm elmi, həm də bədii xüsusiyyətləri haqqında geniş məlumat verdilər.Sonda beşincilər dərsin mövzusu ilə bağlı kiçik hekayələr qurdular. Qeyri-adiliyi ilə diqqət çəkən Naftalan muzeyinə uyğun olaraq kiçik ”sinif muzeyi” yaratdılar. Şagirdlər mətndən özləri üçün örnək hesab etdikləri fikirləri saxlayıb,nadanlıq,haqsızlıq,etinasızlıq, canlılara qarşı laqeydlik kimi pis xüsusiyyətləri vərəqlərə qeyd edərək həmin “ muzeydə” eksponat olaraq saxladılar. Dərsin sonunda şagirdlər itirilmiş torpaqlarımızın tezliklə alınacağına, Kəlbəcərdə ,Şuşada ,Laçında yerləşən müalicə ocaqlarının yenidən Azərbaycan vətəndaşlarına ,xarici turistlərə xidmət edəcəyinə inandıqlarını ifadə etdilər.