Riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq
Təhsildə keyfiyyət ili çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planının 1.3.3 bəndini əsas tutaraq Təlimə Dəstək Mərkəzi aprelin 25-də məktəbimizin IX siniflərində riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirdi.Azərbaycan və rus bölmələrinin IX şagirdlərini əhatə edən monitorinqdə şagirdlərin iştirakı yüksək səviyyədə təşkil olunmuş,imtahanın səffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılmışdı.