Gənc bioloqların yaradıcılıq müsabiqəsi
Aprelin 18-də məktəbimizdə biologiya müəllimlərinin təşkilatçılığı ilə “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin I mərhələsi keçirilmişdir.Müsabiqə IX, X və XI sinif şagirdləri arasında təşkil olunmuşdur.Burada məqsəd məktəblilərin biologiya elminə olan marağının daha da artırılması,onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi,istedadlı şagirdlərin aşkara çıxarılması idi.Müsabiqədə IX,X və XI siniflərin hər birindən bir nəfər olmaqla dörd komanda iştirak edirdi. Komandaların hər birinə 30 sualdan ibarət test tapşırığı və 2 məsələ təqdim olundu.Sonda fərqlənən komanda II mərhələdə iştirak etmək hüququ qazandı.