Kitablar həyatı öyrədir

Bu gün məktəbimizdə şagirdlərdə oxu mədəniyyətinin inkişaf etdirilməsi,mütaliyəyə marağın artırılması məqsədilə tədbirlərin davamı olaraq 3A,3C və 4a sinif şagirdləri maraqlı nömrələr nümayiş etdirdilər.”Cavanşir qalası”əsərini oxuyan 3C sinif şagirdləri hekayənin məzmununu hissə-hissə danışıb səhnələşdirdikləri parçanı təqdim etdilər.Əsərdə mərdlik,elə məhəbbət,doğruçuluq,düzlük kimi keyfiyyətlərin aşılanmsı şagirdlərin özü tərəfindən ortaya çıxarıldı.3A sinif şagirdləri isə”Şirvanşahlar sarayı”əsərini oxuyub əsərin ideyasını verilən suallar əsasında müəyyənləşdirdilər.Bu əsərdə milli dəyərlərə söykənən valideyn övlad münasibəti,əməksevərlik,vətənpərvərlik ideyası yetişən gələcək nəslə ən gözəl örnək kimi təqdim olundu.4A sinif şagirdləri isə S.S.Axundovun”Qaraca qız”əsərindən bir parçanı səhnələşdirərək əsərdəki balaca qəhrəmanların hiss-həyəcanını ifadə etməyə çalışdılar.Qaraca qızın dostluqda möhkəm olması,Ağca xanımın məsumluğu,Piri babanın mehriban davranışı balaca məktəblilərin ifasında özünəməxsus şəkildə ifadə olundu.Hekayəni diqqət və maraqla oxuyan balaca məktəblilər müəllifin digər hekayələrini də oxuyacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi