Oxu günü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018 ci il tarixli F-148nömrəli əmrini əsas götürərək bu gün məktəbin kitabxanasında “Oxu günü”başlığı altında tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Xanım Kərimova mövzu ətrafında tədbir iştirakçılarına geniş məlumat verdi.O,öz çıxışında qeyd etdi ki,bu və ya bu kimi tədbirin keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaqdır.Azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması,onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi,eləcə də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədi daşıyır.4B sinif şagirdləri oxuduqları “Qız qalası”,”Çıraqqala”,”Əshabi-kəf”əfsanələrinin müzakirəsini maraqlı şəkildə təqdim etdilər.Bu əsərlərdəki ideyanı –insanpərvərlik,vətənə məhəbbət,dostluq və s.öz sözləri ilə ifadə edib əsərin məzmununu danışdılar.”Göyərçin”əfsanəsini səhnələşdirən balaca məktəblilər insana və insanlığa məhəbbət,sülh və əmin-amanlıq kimi keyfiyyətlərin hamı üçün lazım olduğunu bir daha nümayiş etdirdilər.Bu əsərdə ana və oğul arasındakı münasibət yetişməkdə olan gənc nəslə bir örnək olaraq təqdim edildi. “Üç öyüd”əsərini də səhnələşdirərək təqdim edən dördüncülər böyüklərin verdiyi dəyərli nəsihətlərə əməl etməklə həyatda düzgün mövqe tutmağın faydalarını ,əməksevərliyin insana şərəf və başıucalıq gətirməsini bir daha dərk etdilər.