Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının mükafatçıları
Ötən tədris ilində Bakı şəhər ümumtəhsil məktəblərinin 5 və 6-cı sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” təşkil olunmuşdur.9 mart 2018-ci il tarixdə təntənəli bağlanış tədbiri keçirilmiş və olimpiadanın final turunda 80%-dən yuxarı nəticə göstərmiş şagirdlər müxtəlif hədiyyə və medallar ilə mükafatlandırılmışlar.Onlar arasında məktəbimizin 9 şagirdi də vardı. 6-ci sinif şagirdləri Məmmədova Ayşən ,Rəhimov Əli,Məmmədov Fərid, Nəcəfli Nəzrin,Nəsirli Nihad,Əhmədova Nərmin,Cavadova Aygün,Əhmədova Leyla,Məmmədova Nəzrin riyaziyyat müəllimləri Hümbətova Vüsalə və Şükürova Rəbiyənin etimadını döğruldaraq yüksək nəticələr əldə etmişlər. Rəhimov Əli daha bir uğur qazanaraq Bakı şəhər üzrə məktəblərarası fənn müsabiqələrində riyaziyyat fənni üzrə üçüncü yer tutaraq diplomla təltif olunmuşdur.Bu münasibətlə şagirdlərimizi təbrik edir,onlara bundan sonra da yeni-yeni nailiyyətlər qazanmağı arzu edirik.