31mart-Azərbaycanlıların Soyqırım günü
12 mart məktəbimizdə Azərbaycanlıların soyqırımı ilə bağlı divar qəzetləri, bülleten, foto-stend və guşələr hazırladıq.
14 mart məktəbimizdə Azərbaycanlıların soyqırımı ilə əlaqədar xüsusi dərs və məşğələlər keçirildi.
28 mart məktəbimizdə 31 Mart soyqırımın 100-cü il dönümünə həsr olunmuş “dəyirmi masa” keçirildi. İlk öncə yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Azərbaycan tarixinin ən kədərli bir səhifəsini təşkil edən bu hadisə haqqında məlumat verən tarix müəllimi Quliyev Yaşar şagird və müəllimlərə bu soyqırımın bir əsrdən də dərin tarixə malik olduğunu qeyd etdi. XX əsrdə mərhələlərlə baş verən soyrımımların əsl həqiqətlərinin, əsl məqsədinin mənfur qonşularımızın bizi öz doğma torpaqlarımızdan qovub yerində “Böyük Ermənistan” dövləti yaratmaq olduğunu bildirdi. Azərbaycanlılara qarşı soyqırım, deportasiya və işğal siyasətinin bu gündə zəifləmədiyini, əksinə xaricdə yaşayan erməni icmalarının, böyük dövlətlərin imkanlarından məharətlə yararlanıb “məzlum erməni milləti” obrazı yaratmaqda davam etdiklərini, beynəlxalq hüquq normalarını yerinə yetirmədiklərini dünya ictimaiyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışdığını qeyd etdi. Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Ədilova Gültəkin çıxış etdi.
29 mart məktəbimizdə Azərbaycanlıların soyqırımının 100-cü il dönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
30 mart məktəbimizdə “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda esse və inşa yazı müsabiqələri keçirildi.