S. Mehmandarov 160

15.12.2015-ci il tarixdə məktəbdə general Səməd bəy Mehmandarovun - 160 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Dəyirmi masada məktəbin direktoru, V. Babayev, tarix müəllimləri, Qarabağ döyüşlərində iştirak etmiş hərbiçi Xanım Həsənova və IX,XI sinif şagirdləri iştirak etmişlər. Tarix müəllimləri A. Hafiz, S. Gülgəz, hərbi rəhbər B. İlham və şagirdlər çıxış etdilər. Yekunda məktəbin direktoru V. Babayev çıxış edərək S. Mehmandarovun peşəkar zabit kimi keçdiyi şərəfli həyat yolundan, onun Vətənə, torpağa bağlılığından geniş danışdı. 1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.Tədbirin sonunda general S. Mehmandarovun həyat və fəaliyyətini əks etdirən video çarx göstərilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi