"Tolerantlıq – insan hüquqları və vicdan"
Məktəbimizdə “Tolerantlıq – insan hüquqları və vicdan” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada direktor müavinləri, tarix və ədəbiyyat müəllimləri, yuxarı sinif şagirdlər iştirak etmişlər. Tarix müəllimləri S. Gülgəz, Q. Faidə, A. Hafiz çıxış edərək tolerantlıq, son dövrdə dünyada baş verən hadisələr, ölkə vətəndaşlarının vicdan azadlıqları barədə geniş məlumat vermişlər. Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır, insan hüquqları ilə bağlıdır. Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür. Azərbaycan müxtəlif dinlərdən olan insanların yaşadığı bir dövlətdir. Ölkəmizdə müxtəlif dini ibadət yerləri, dini icmaların olması Azərbaycan xalqının digər dinlərə ibadət edən insanlara necə hörmətlə yanaşmasına nümunədir. Həqiqətən də dinlər arasında dialoqun yaradılması qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. Şagirdlər “ İnsan hüquqlarına dair bəyannamə”, “Tolerantlıq prinsiplərinə dair bəyannamə” barədə biliklərini nümayiş etdirmiş, ölkəmizdə din, dil, irq ayrıseçkiliyinə yol verilmədiyini, demokratik stabilliyin mövcud olduğunu söyləmişlər.