Açıq dərs " Həyat bilgisi" IIIsinif
18 dekabr 2015-ci il tarixində İTE əlavə Təhsil mərkəzinin məktəbimizdə həyata keçirdiyi İKT- nin tətbiqi ilə bağlı “Mentorluq Xidməti” çərçivəsində Həyat bilgisi fənnindən “Fəsillər necə dəyişir?” mövzusunda açıq dərs oldu. Dərs 3ç sinfində aparıldı. Açıq dərsin məqsədi təbiət hadisələrini, fəsillərin necə dəyişməsini sadə formada izah etmək idi. Dərs yeni təlim metodları əsasında WEB-2 alətlərinin köməyi ilə Promethan lövhədən istifadə etməklə keçirilmişdir. Şagirdlər fəsillərin adına uyğun olaraq “Yaz”, “Yay”, “Payız”, “Qış” qruplarına bölünmüşdülər. Onlar iş vərəqlərində müxtəlif tapşırıqlar yerinə yetirib, təqdimat etdilər. Şagirdlər WEB-2 (http:/Learning Apps.org) alətləri vasitəsilə test tapşırıqları yerinə yetirdilər.Qrup və kollektiv şəkildə aparılan dərsdə qrupların adına uyğun şəkillərdən istifadə edərək divar qəzeti hazırlandı. Sonda şagirdlər fərqləndirmə və izahetmə qabiliyyətlərinə görə qiymətləndirildi.