Xocalı faciəsini unutmayaq, unutdurmayaq

Bu gün XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımından 26 il ötür. Bu münasibətlə məktəbimizdə “Xocalı faciəsini unutmayaq, unutdurmayaq” adlı bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim heyəti və şagirdlər iştirak etdilər. Xocalı faciəsinin tarixi və dəhşətləri haqqında tarix müəllimi Süleymanova Gülgəz məlumat verdi. Şagirdlər tərəfindən hazırlanmış kompozisiyaya baxıldı, videoçarxlar izləndi. Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən E.Hüseynbəylinin “Firuzə qaşlı xəncər” hekayəsindən bir parçanı 6c sinif şagirdləri səhnələşdirmişdilər. Hər azərbaycanlı qadınına xas olan müsbət ketyfiyyətlər Zeynəb obrazında ümumiləşdirilmişdir. Tədbirin sonunda məktəbin direktoru Vaqif Babayev Xocalı dəhşətini unutmamağa çağırdı. Bu işdə şagirdlərin üzərinə düşən vəzifələr qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi