"Azərbaycanın qan yaddaşı"
XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının qurbanları xalqımızın qəlbində əbədi yaşayır. 26 fevral “Xocalı soyqırımı” günüdür. Soyqırım - bir millətin kökünü yer üzündən kəsmək cəhdidir. Bu cəhdi erməni quldurları Xocalı əhalisinin üzərində etdi. İndi faciənin 26-cı il dönümü ölkəmizdə və dünyanın demək olar hər yerində qeyd olunur. Bizim məktəbimizdə də Xocalı faciəsinin qurbanları hər il olduğu kimi bu il də yadd edilir. Məktəbimizdə keçirilən silsilə tədbirlərdə 7c sinif şagirdləri öz sinif rəhbərləri Zeynalova Cəmalə müəllimə ilə birgə iştirak etmışdirlər. İlk öncə onlar Bakının Xətai rayonu ərazisində yerləşən Xocalı Abidəsi Kompleksini ziyarət etmiş, daha sonra isə “Azərbaycanın qan yaddaşı” adlanan sinif təşkilat saatı keçirmişlər. Tədbirdə faciə qurbanlarının xatirəsi yad olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlığa qarşı yönəldilmiş vəhşiliklərin acı nəticələrindən söhbət açılıb, sənədli film, “Qan yaddaşımız” adlı slayd nümayiş etdirilib, şagirdlər Xocalı faciəsinə həsr olumuş şerlər, əbədi-bədii kompazisiya təqdim ediblər. Həmçinin tədbirdə şagirdlər tərəfindən hazırlanmış divar qəzeti və stend nümayiş etdirilib. Tədbirdə Xocalı faciəsinin qurbanları ilə yanaşı həm də məktəbimizin fəxri olan, adını daşıdığı Goranboy rayonunun Buzluq kəndinin düşməndən azad eilməsi uğrunda 8 saat sürən qanlı döyüşdə igidlik göstərərək şəhid olan Akif Abdullayev haqqında da iştirakçılara məlumat verilib. Sonda tədbirdə iştirak edən müəllim və valideynlərə söz verilib, onlar bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını, Azərbaycan xalqının tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunduğunu qeyd ediblər və şagirdlərə bu tarixi heç vaxt unutmamağı tövsiyə ediblər. “Heç Kim və Heç Nə Unudulmur.....”