Birinci dərslər “Xocalı faciəsi”nə həsr edildi

Fevralın 26-da birinci dərslər "Xocalı faciəsi"nə həsr olundu. "Xocalısız 26 il" mövzusunda keçilən dərslər Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Göstərilən slaydlarda bu qanlı faciənin dəhşətli görüntüləri əks olundu. Şagirdlər Xocalı qətliamı ilə bağlı topladıqları məlumatları təqdim etdilər. Faciəyə həsr olunmuş şeirlər, bayatılar, mahnılar söylədilər. Bu qanlı faciəni əks etdirən əl işləri, rəsmlər sərgiləndi. Balaca məktəblilər insanlığa sığmayan Xocalı soyrırımına həsr olunmuş divar qəzetləri nümayiş etdirdilər. Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış Ana abidəsini ziyarət edən şagirdlər abidənin önünə qırmızı qərənfillər qoydular. Şagirdlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ilə tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına olan inam hisslərini ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi