Nakam arzular

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən soyqırım xalqımızın yaddaşına əbədi həkk olundu. XX əsrdə bəşəriyyəti heyrətə salan müdhiş gecə ölkəmizin tarixinə qara hərflərlə yazıldı. Məktəbimiz soyqırımla bağlı məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir. Bu gün məktəbin yuxarı sinif şagirdləri arasında “Xocalı əsrin faciəsidir” adlı şeir müsabiqəsinə yekun vuruldu. Müsabiqədə şagirdlərin ifasında faciənin ağrı-acısını özündə əsk etdirən şeirlər söylənildi. IX sinif şagirdi İ.Xədicənin o müdhiş gecənin qurbanlarına çevrilmiş şəhidlərə həsr etdiyi “Nakam arzular” hekayəsinə qulaq asıldı. Tədbirdə xüsusilə fərqlənən şagirdlər mükafatlandırıldı. Tədbirin sonunda iştirak edən müəllimlər və tərbiyə işləri üzrə direktor müavini Gültəkin Ədilova fikir bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi