Mənim ana dilim

Fevralın 21-də məktəbin akt zalında “Mənim ana dilim”adlı ədəbi- bədii gecə keçirildi.Azərbaycan dili və ədəbiyyat müəllimləri S.Sevinc və H. İradənin birgə hazırladıqları ssenari əsasında keçirilən tədbir təlim-tərbiyə işləri üzrə direktor müavini Gültəkin Ədilovanın çıxışı ilə başladı.Şagirdlərin nümayiş etdirdikləri rəqs nömrələri,söylədikləri şeirlər,oxuduqları mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı.Ana dilinin insan və cəmiyyətin formalaşmasında xüsusi və müstəsna rolu bir daha qeyd edildi. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər,ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq…

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi