Dilim mənim varlığımdır

21 Fevral Beynəlxalq Ana dili Günüdür.Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bərabər, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu gün münasibətilə məktəbin ibtidai siniflərində birinci dərs saatı “Dilim mənim varlığımdır” mövzusuna həsr olundu. Şagirdlər Ana dili haqqında mahnılar ifa etdi, şeirlər söylədilər. Onlar xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dilin cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yarandığını, tərəqqi etdiyini, insanın təkamülündə Ana dilinin rolu böyük olduğunu hazırladıqları təqdimatlarda bir daha nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi