Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirildi
“Xocalı Soyqırımının 26-cı ildönümünün keçirilməsi ilə əlaqədar” tədbirlər planına əsasən məktəbimizdə “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa keçirdik. Dəyirmi masada IX,X,XI sinif şagirdləri və müəllimlər iştirak etdi. Tarix müəllimi Gülgəz Süleymanova Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verdi. Gülgəz müəllim öz çıxışında erməni faşitlərinin dinc əhaliyə tutduğu divandan, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğu, 8 ailə tamamilə məhv edildiyini vurğuladı, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan ümumimilli lideri Heydər Əliyev Xocalı Soyqırımının on illiyi münasibəti ilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir. “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.