“Zərdabi- ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsi

“Zərdabi- ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan respublikası Təhsil nazirinin 20.10.2015- ci il tarixli 1014 nömrəli əmrin icrasını təmin etmək məqsədi ilə məktəbimizin 4 –cü siniflərində nümunəvi dərslər keçirildi.Layihənin icrasında məqsəd şagirdlərin sərbəst, şüurlu oxusuna diqqəti artırmaq , mütaliəni genişləndirmək, yazılı mətnlər üzərində işləmə, xüsusi ilə açıq sualları cavablandırma texnikası ilə şagirdləri tanış etmək, müəllimlərin diqqətini isə Azərbaycan dilinin Oxu məzmun xətti üzrə işin düzgün təşkil edilməsinə yönəltməkdir.Layihə çərçivəsində 4-cü sinif Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərə “ Oxuyub – anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi” adlı kitabçalar paylanılmışdır.Mövzu bədii mətn olduğundan şagirdlərin cavabları da müxtəlif oldu. Hər şagird anladığı dərəcədə mövzuya münasibət bildirdi. Şagirdlər yeni sözlərlə qarşılaşdıqda kitabın sonunda verilən izahlı lüğətdən istifadə edib bu çətinliyi aradan qaldırırdılar. Şagirdlərin bəziləri açıq tipli suallarda çətinlik çəkirdilər. Bunu aradan qaldırmaq üçün müəllim mətindəki həmin hissəni oxuyub bir daha düşünməyi tövsiyə etdi. Sonra isə bu mətn haqqında şagirdlərin çıxardığı nəticələr dinlənildi . Artıq bütün şagirdlər mətnin mənasını tamam mənimsəmişdilər.11- 14.12.2015-ci il tarixində layihə əlaqələndiricisi Validə Bayramova məktəbimizə gələrək layihə üzrə işin necə təşkil edilməsi, 4- cü sinif Azərbaycan bölməsində dərs deyən müəllimlərin bu barədə çətinlikləri ilə maraqlanıb, hər bir sinifdə kitabçadan istifadəyə dair bir dərs nümunəsi nümayiş etdirdi. Sonda V. Babayeva şagirdlərimizin fəallığından razı qalıb onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi