2 Fevral Gənclər Günü
Bu gün məktəbimizdə yuxarı sinif şagirdləri, gənc müəllimlər və “Məktəblinin dostu” layihəsinin nümayəndələrinin, direktor müavinləri G.Ədilovanın və X.Kərimovanın iştirakı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Elnarə açaraq Gənclər Gününün mahiyyəti haqqında iştirakçıları məlumatlandırdı. Gənclər Gününün ölkəmizdə 1997-ci ildən keçirildiyi qeyd edildi. Tədbirdə məktəbin direktoru Vaqif Babayev çıxış edərək bildirdi ki, Gənclər Günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1994-cü ildə gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-ci ildə 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə “Gənclərin 1-ci formunun keçirilməsi haqqında” qərarın qəbul edilməsi, 1997-ci ildə Gənclər Gününün təsis edilməsi dövlətimizin gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirərək, sosial-iqtisadi problemlərin həllini uğurla təmin etmək məqsədi ilə qanunlar qəbul etmiş və sərəncamlar vermişdi. Bu verilən sərəncamlar və qanunlar uğurla həyata keçirilərək Azərbaycan gəncliyinin Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədaqətlə xidmət etməsinə istiqamət vermişdir. Sonda məktəbin direktoru Vaqif Babayev gənc müəllimləri, fəal şagirdləri və “Məktəblinin dostu” lahiyəsinin məktəbimizdəki nümayəndələrini Fəxri fərman və diplomlarla təltif etdi.