Məktəbəqədər hazırlıq qrupundakı uşaqların valideynləri ilə görüş keçirildi

26 yanvarda məktəbdə məktəbəqədər hazırlıq qrupundakı uşaqların valideynləri ilə görüş keçirildi. Görüşdə məktəbin ibtidai siniflər üzrə direktor müavini Xanım Kərimova, məktəbin psixoloqu Sevinc İsmayılova iştirak etdi. Görüş zamanı uşaqların məktəb təliminə psixoloji hazırlığı və “Məktəb qorxusunu” yaradan səbəblər haqqında müzakirələr aparıldı. Xanım Kərimova məktəb psixoloqunun şagirdlərin məktəbə hazırlanmasında rolunu müsbət qiymətləndirərək məktəbin tədris və tərbiyə müəssəsi olduğunu, psixoloqun təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onun üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü qeyd etdi. Sonda beşyaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədi ilə valideynlərə maarifləndirici materiallar paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi