Bir məbbət nağılı... “İlham və Fərizə”
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar faciəsindən artıq 28 il ötür. 2018-ci il başlayar-başlamaz Azərbaycanın hər bölgəsində - ucqar kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, paytaxt Bakıda silsilə tədbirlər keçirilir, şəhirdlərimiz yad edilir. 17 yanvar tarixində bizim məktəbimizdə də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Bir məhəbbət nağılı...” İlham və Fərizə” nağlının təqdimatı keçirildi. Təqdimatda 9, 10, 11-ci sinif şagirdləri iştirak etdilər. Nağılın qəhrəmanlarının həyatı, onların yaşadığı məhəbbət, Vətənə olan sevgiləri haqqında danışıldı. Şagirdlərimiz tədbirdən bir gün öncə Fərizənin valideynləri Çoban dayı və Bağda xala ilə görüşmüş və həmin görüşü videolentə almışdılar.. Həmin videolent də təqdimat zamanı şagird və müəllimlərə nümayiş etdirildi. Təqdimat M.Arazın, M.Şəhriyarın “Ayağa dur, Azərbaycan!” şeiri ilə yekunlaşdı. Təqdimatdan sonra şagirdlər Şəhidlər xiyabanını ziyarət etməyə getdilər.