Açıq dərs " Həyat bilgisi"

11 dekabr 2015 – ci il tarixində İTE. Əlavə Təhsil mərkəzinin məktəbimizdə həyata keçirdiyi İKT nin tətbiqi ilə bağlı “Mentorloq Xidməti” çərçivəsində Həyat bilgisi fənninndən “Yer kürəsi, Günəş, hava, su, torpaq” mövzusunda açıq dərs oldu. Dərs 2b sinfində aparıldı. Açıq dərsin məqsədi təbiət hadisələrini və onların Yer səthində yaratdığı dəyişiklikləri sadə formada izah etmək idi. Dərsdə yeni təlim metod və üsullarından istifadə edildi. Ümumilli lider Heydər Əliyevin anım günü bir dəqiqəlik sükutla qeyd olundu. Dərs zamanı “Karusel” və “Klaster” üsulundan istifadə edildi. Şagirdlərin bacarıq və qabiliyyətləri qiymətləndirilidi. Qrup və kollektiv şəkildə aparılan dərsdə qrupun adına uyğun şəkillərdən istifadə edərək “Hava”, “ Günəş”, “Su”, “Torpaq”, “ Yer kürəsi” başlığı altında bukletlər hazırlayıb açıq dərs iştirakçılarına təqdim olundu. Məktəbin direktoru V. Babayev, direktor müavini Xanım Kərimova, sinif müəllimi Xalidə Hüseynovaya və şagirdlərə yüksək səviyyədə dərs nümayiş etdirdiklərinə görə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi