Açıq dərs-Biologiya

“Hərəkət edə bilərik.Əzələlər,oynaqlar,bağlar”mövzusunda məktəbin biologiya müəllimi Zeynalov Cəmalə tərəfindən VIII A sinifində İTE əlavə təhsil mərkəzinin məktəbimizdə həyata keçirdiyi İKT-nin tədris-tətbiqi ilə bağlı mentorluq xidməti lahiyəsi çərçivəsində nümunəvi dərs təqdim etmişdir. Dərs yeni təlim metodları əsasında WEB-2 alətlərinin köməyi ilə Promethan lövhədən istifadə etməklə keçirilmişdir.Dərs zamanı şagirdlər “Sosiometrik metod” üsulu ilə I –Anatomiy;II-Fiziologiya;III-Gigiyena qruplarına bölünmüşdür. Dərsin gedişatında şagirdlərə iş vərəqlərində müxtəlif tapşırıqlar verilib,lövhədə verilən linkdən istifadə edərəkhttp://LearningApps.org/watch?v=po9avkqpj15 testi vəhttp://LearningApps.org/watch?v=p1avkqpj15 tapşırığı işləmələri istənilib. Dərsin sonunda yaradıcı tətbiq etmə mərhələsində şagirdlərin köməyi ilə praktiki iş keçirilib.Bu zaman əzələ toxumasından hazırlanmış preparat işıq mikroskopundan istifadə edərək öyrənilib.Şagirdlərdən işıq mikposkopu vasitəsilə müşahidə etdikləri sinirlərə, qan damarlarına, əzələ liflərinin quruluşuna diqqət etmələri istənilib və gördüklərini yadlarında saxlayıb evdə A4 -ə çəkmələri tapşırılıb. Sonda şagirdlər fərqləndirmə və izahetmə qabliyyətlərinə görə qiymətləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi