Sinif rəhbərləri ilə növbəti iclas keçirildi

Yanvarın 9-da V-XI siniflərdə I yarımil ərzində dərsə davamiyyət, şagird gündəliklərindən düzgün istifadəyə nəzarət, məktəbli geyimləri, sinif və valideyn iclaslarının keçirilməsi məsələlərinin müzakirəsinə həsr olunmuş sinif rəhbərərinin iclası keçirildi. Məktəbin direktoru V.Babayev hər bir sinif haqqında müsbət və mənfi cəhətləri vurğuluyaraq diqqəti daha da artırmaq, şagirdlərlə həm kollektiv, həmdə fərdi şəkildə işləmək valideynlərlə sıx əlaqə yaratmaq və s. barədə sinif rəhbərlərinə xüsusi tapşırıqlar verdi. Şagird gündəliklərinin izlənilməsi və mütəmadi olaraq qeydlər aparılmasının, şagirdlərin dərsə hazırlıqlı səviyyələri və davranışları barədə valideynlərin məlumatlandırılmasına birbaşa xidmət etməsi bir daha sinif rəhbərlərinin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi