Riyaziyyat olimpiadasının II mərhələsi
Dekabrın 9-da məktəbin II-IV sinifləri arasında riyaziyyat fənnindən keçirilən olimpiadanın II mərhələsi yanvar ayının 9-da keçirildi. Bu mərhələdə Azərbaycan və rus bölməsi üzrə 58 şagird öz biliyini bir daha yoxladı. Şagirdlər açıq və qapalı suallardan ibarət 15 tapşırığı 1 saat ərzində cavablandırdılar. Nəticələr yoxlandıqdan sonra qalib olanlar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılacaq.