Açıq dərs

Məkitəbin ingilis dili müəllimi Gülarə Tağıyeva IX “A” sinfində “The Window to the world” (Dünyaya Pəncərə) mövzusunda nümunəvi dərs verdi. Şagirdlər rmövzu ilə bağlı geniş tədqiqat işi apardılar. Məqsədin reallaşmasına xidmət edən metod və üsullardan düzgün istifadə edilərək əldə olunan biliklər lazımı səviyyədə tətbiq olundu. Şagirdlər qruplar şəklində informasiya mübadiləsi apardılar. I qrup televiziyanın xeyirli və faydalı cəhətlərini, II qrup isə zərərli cəhətlərini müzakirə edərək öz fikirlərini söylədilər. III qrupun üzvləri televiziyanın vacib və mühüm olmasından danışdılar. Təhsil və tədris üçün TV-nin daha təsirli və yadda qalan əhəmiyyətini qeyd etdilər. Şagirdlərin özünüqiymətləndirmə üsulu müəllim tərəfindən maraqlı və özünəməxsus hazırlanmışdır. Müəllim məqsədi dərs boyu reallaşdıra bildi. Dərsin müzakirəsi zamanı təklif və tövsiyələr, müsbət cəhətlər və iradlar qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi