Milli birlik və həmrəylik
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olmuşdular.. 1991-ci ilin 16 dekbrında o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Milli səviyyədə keçirilən bu bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”,-deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir. Həmrəylik Günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Bu bayram münasibətilə məktəbimizdə də “Milli birlik və həmrəylik “adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru V.Babayev açdı.O,bu günün yaranması və əhəmiyyəti , Ulu Öndər H.Əliyevin bu sahədə göstərdiyi xidmətlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbir şagirdlərin bu bayram və Yeni il münasibətilə bağlı hazırladıqları bədii hissə ilə davam etdi.Azərbaycan,Vətən,yurd sevgisi ilə bağlı şeirlər,mahnılar,rəqslər və maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.