"9c" sinfində ədəbiyyat fənnindən açıq dərs

Fənlərin tədris keyfiyyətini daha yaxından öyrənmək məqsədi ilə məktəbimizdə açıq dərslərin keçirilməsi davam edir.Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynalova Elnarə 9”c” sinfində ədəbiyyat fənnindən “ Məhəmmədhüseyn Şəhriyarın həyatı və “Heydərbabaya salam” poeması ilə tanışlıq “mövzusunda nümunəvi açıq dərs verdi.Dərsdə məktəbin direktoru cənab V.Babayev, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə bərabər digər fənn müəllimləri də iştirak etdilər. Əvvəlcə “Ədəbiyyat dərsindəyik “ başlığı altında şagirdlər 9-cu sinifdə ədəbiyyat fənnindən öyrəndiklərini yada saldılar.OnlarƏ.Cavad,A.İldırım,C.Cabbarlı,A.Şaiq,M.Paşayev, S.Vurğun, E.Heminquey,M.Müşfiqdən öyrəndikləri əsərləri bir daha təkrar etdilər.S.Rüstəmin “Təbrizim” şeirinə xüsusi yer verildi. Şagirdlər bu şeiri əzbər söylədilər.Müəllim E.Zeynalova bu şeirdən sonra tarix fənninə inteqrasiya edərək ikiyə bölünmüş Azərbaycan tarixi haqqında , bağlanmış Türkmənçay və Gülüstan müqavilələri ilə güney və qüzeyə bölünmüş Azərbaycan haqqında məlumat verdi.Bundan sonra müəllim cənubi Azərbaycan ədəbiyyatının qüdrətli şairi Məhəmmədhüseyn Şəhriyarın həyatı haqqında geniş məlumat verdi.E.Zeynalova Təbriz şəhərində olarkən M.Şəhriyarın ev muzeyi və məqbərəsində lentə aldığı videoçarxı şagirdlərlə paylaşdı. Sonra da müəllim şairin yaradıcılığı haqqında məlumat verdi. Şairin “Ey, vay, anam “ elegiyasının ifadəli oxusunu şagirdlərə göstərmək üçün məktəbimizin 11-ci sinif şagirdi və Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlının ifasında səslənən videoçarx nümayiş etdirildi. Müəllim “Heydərbabaya salam” poeması haqqında məlumat verdi.Şəhriyarın öz səsi ilə ifa edilən poemadan bir parça təqdim edildi. Sonra isə şagirdlər bu ifa altında hər bir bəndin məzmunu , çətin sözlərin izahını verdilər.Bədii təsvir və ifadə vasitələrini tapıb göstərdilər. Şagirdlərin bilik və bacarıqları qiymətləndirildi, evə tapşırıq elan edildi. Dərsin sonu sözləri M.Şəhriyarın “ Azərbaycan ,ya azad ol, ya tamam yan “ mahnısı ilə bitdi. Dərs bitdikdən sonra açıq nümunəvi dərsin müzakirəsi aparıldı. Müəllimlər dərsdən razı qaldıqlarını söylədilər. Məktəbin direktoru cənab V.Babayev: “ Ədəbiyyat dərsi zövq dərsidir. Biz bir saat deyil , iki saat da bu dərsdə otursaydıq yenə də yorulmazdıq. Şəxsən mən bu dərsdən bədii zövq aldım.Mən bunu açıq nümunəvi dərs yox, böyük bir araşdırma, təqdimat adlandırardım”,- dedi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi