“Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin rəsmi tədbiri keçirildi

     25 dekabrda məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” layihəsi çərçivəsində milli musiqi dəyərlərinin məktəb şagirdlərinə aşılanması məqsədilə “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin yekun tədbiri keçirildi. “Xalq mahnılarımızı yaşadaq” mahnı müsabiqəsində məqsəd şagirdlərə milli dəyərlərə hörmət və sevgi hissini aşılamaq və bu səpkidə istedadların üzə çıxarılmasına imkan yaratmaqdır. Müsabiqənin qaydalarına uyğun olaraq, layihəyə daxil olan 30 ümumtəhsil məktəbinin hər birindən bir nəfər iştirakçı məktəbdaxili seçimlərdən sonra əsas müsabiqəyə qatılmışdı.

211 saylı tam orta məktəbdə baş tutan tədbirdə layihənin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikasının Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova və Simarə İmanova, məktəb direktoru Vaqif Babayev, müəllimlər,müsabiqə iştirakçılarının valideynləri və şagirdlər iştirak etdilər. Müsabiqədə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnılarına müraciət edən iştirakçılara da imkan yaradılmışdı. İştirakçıların ifası Azərbaycanın dəyərli xanəndələri tərəfindən bal sistemi əsasında qiymətləndirildi. Musiqi əsərlərinin tarixi və müəllifləri barəsində qeydlər edən münsiflər heyəti şagirdlərə gələcək musiqi fəaliyyətlərində uğurlar arzulayıb tövsiyələr verdilər.

Tədbirin sonunda qonaqlar çıxış edərək belə bir tədbirə ev sahibliyi etdiyinə və təşkilatçılığa görə məktəb rəhbərliyinə xüsusi təşəkkür etdilər. Tədbir mükafatçıların təltifi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi