Kitabxanada bir dərs

     XXI əsrdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyü¬lünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdə milli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.Şagirdlərdə mütaliəyə marağı artırmaq , həm Azərbaycan ədəbiyyatı , həm də dünya ədəbiyyat nümunələri haqqında ətraflı məlumat vermək ,məktəb kitabxanası ilə yaxından tanışlıq məqsədilə məktəbin Azərb. dili və ədəbiyyatı müəllimi H.Yeganə 5 C sinfində bugünkü ədəbiyyat dərsini məktəbimizin kitabxanasında keçirdi.Kitabxanamızda olan kitablar,onların müxtəlif yaşlara görə qruplaşdırılması barədə kitabxanaçı M.Ülviyyə şagirdlərə geniş məlumat verdi.Şagirdlərə bildirdi ki,nəsr və nəzm əsərlərinin deyil, həm də dəqiq elmlərlə bağlı mütaliə biliyin əsasıdır, başlanğıc hissəsidir.Şagirdlər şifahi xalq ədəbiyyatı,eləcə də yazılı ədəbiyyat nümunələrindən parçalar oxuyaraq mütaliənin gələcəkdə elmin və ədəbiyyatın, ümumilikdə cəmiyyətin inkişafına çox böyük təsir göstərəcəyini bir daha yəqin etdilər.Müəllim bu gün keçirilən dərsin şagirdlərin mütaliəyə həvəsinin artırılmasına, onların mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi