Ulu Öndər Heydər Əliyevin anım günüdür
Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.Bu gün Azərbaycan xalqının and yeri,sözünün,seirinin əbədi qəhrəmanı, yazılan hər bir dastanın müəllifi, yazarı ulu öndər Heydər Əliyevin anım günüdür.Anım günü ilə bağlı məktəbin foyesində tədbir keçirildi.Şagirdlər təkcə özünün deyil,bütün Azərbaycan xalqının həyatını qoruyan ulu öndəri bir şəxsiyyət kimi yad etdilər.Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib,hazırladıqları səhnələrlə çıxış etdilər.Ona verilən ömrü şərəflə yaşayan Heydər Əliyevin həyat yolu Azərbaycan övladına bir örnəkdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir.Məktəbin bir qrup müəllim və şagird heyəti bu gün həmin ziyarətgaha gedib,məzarın üstünə gül dəstələri qoydular.