Ömrünü xalqına həsr edən insan
12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. "Gərək nəbzin vətənin nəbzi ilə vursun", - deyirdi ümumilli lider. Bu günlə əlaqədar olaraq məktəbimizdə 1-ci dərslər ulu öndərə həsr olundu.H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu, şagirdlərin ifasında şeirlər söyləndi.Ömrünü xalqına həsr edən bu dahi insanın xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq.