Ana müqəddəsdir
Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Ana məhəbbəti bir ümmandır, o övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər bir çətinliyə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.Ana məhəbbəti ən ülvi bir hiss kimi şihahi xalıq yaradıcılığmızdan tutmuş yazılı ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdı .Bu nümunələrdən birinin - H.Arifin “Analar”şeirinin keçirilməsinin müzakirə və tətbiq mərhələsi fərqli şəkildə ,yəni 5-ci siniflərin birlikdə iştirakı iıə keçirildi.Şagirdlər həm fərdi , həm də qrupla işləyərək ana mövzusuna aid tapşırıqları yerinə yetirdilər, sualları cavablandırdılar.Ana, valideyn qayğısına möhtac kimsəsiz uşaqların həyatından bəhs edən videoçarx ananın müqəddəsliyini bir daha sübut etdi.Onlar mövzuya aid şeirlər söyləyib,mahnılar oxudular.