1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür.

1 dekabr tarixində məktəbimizdə Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə “Həyatı dəyişdirən dörd hərf”adlı tədbir keçirildi.Tədbirdə məktəbin yuxarı sinif şagirdləri,müəllimlər iştirak etdilər. Ümumdünya QİÇS-lə Mübarizə Gününün keçirilməsində məqsəd məktəblilərə QİÇS sindromuna düçar olmuş insanların aqibətini ,İİV-ə yoluxmuş insanlarda ölümlə nəticələnən halların baş verməsini və bu xəstəliklərdən qorunma hallarını izah etmək idi.