Peşə seçimi ilə bağlı test sınaqlarının aparılmasına dair görüş

      Test və Tətbiqi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin əməkdaşı Bahar Bəylərova məktəbimizdə 7-9 cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirdi.Görüşdə məqsəd şagirdlərin peşə seçimi ilə bağlı test sınaqlarının aparılması,şagirdlərin yeddi istiqamət üzrə bilik və bacarıqlarını aşkara çıxarmaqda bu sınaqların əhəmiyyətini izah etməkdən ibarət idi.Könüllülük əsasında keçiriləcək bu sınaq barədə ətraflı məlumatdan sonra valideynləri maraqlandıran suallara cavab verildi.Görüşün sonunda məktəbin direktoru V.Babayev IX siniflərdə ana dili və riyaziyyat fənnindən aparılan monitorinq barədə valideynlərə məlumat verərək bildirdi ki,aparılmış sınaq imtahanları şagirdlərin bilik və bacarıqlarını aşkar etməklə bərabər,buraxılış imtahanlarına hazırlıq məqsədi daşıyır.Belə monitorinqlər davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi