Açıq dərs
27 noyabrda 3”B”sinfində Hüseynova Radə müəllimin”Sərçə”mövzusunda açıq dərsi oldu.Müəllim dərsin motivasiya hissəsində şagirdlərə müxtəlif suallarla müraciət etdi.Şagirdlərin fikirləri dinlənilərək dostluq haqqında atalar sözləri ilə yekunlaşdırıldı.Mətni oxuduqdan sonra şagirdlər qruplara bölünərək verilmiş tapşırıqları yerinə yetirdilər,mövzuya uyğun şəkillər çəkdilər.Dərs prosesində həyat bilgisi və təsviri incəsənət fənlərinə inteqrasiya edildi.Quşların özünəməxsus xüsusiyyətlərini əks etdirən videoçarx nümayiş olundu.Nəticədə şagirdlər təkcə insanların arasındakı dostluqdan savayı,insan və heyvanların arasındakı dostluğun da olduğu qənaətinə gəldilər. Dərsin müzakirəsində irad və təkliflər bildirildi.