Gənc kimyaçılar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.11.2017-ci il tarixli 229 nömrəli əmrinə uyğun olaraq “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə məktəbdaxili əmr verilmişdir. “Gənç kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə əsasnamənin tələblərini gözləməklə istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə məktəbimizdə 9-11 ci sinif şagirdlərindən ibarət “Azot”, “Karbon”, “Neon” adlı üç komanda yaradılmışdır.Məktəb mərhələsində şagirdlər müəyyən vaxt ərzində test suallarından ibarət tapşırıqları yerinə yetirməli idilər.Komandalar arasında suallara daha tez və düzgün cavab verən “Karbon” komandasının üzvləri bu mərhələnin qalibi olaraq ikinci mərhələyə vəsiqə qazandılar