"Azərbaycan-Odlar yurdu"
Noyabrın 23-də rus bölməsinin 3”E” sinfində “Azərbaycan-Odlar yurdu”mövzusunda açıq dərs keçirildi.Dərsin məqsədi şagirdlərdə Vətənə sevgi,onun maddi və mənəvi sərvətlərini qorumaq,şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında milli-mənəvi dəyərlərin rolu idi.Onlar oxuduqları mətnə münasibət bildirərək həyatla əlaqələndirməli idilər.Müəllim Azərbaycanın təbii sərvətləri,qədim Azərbaycan xalçaları,tarixi abidələrimizi əks etdirən videoroliki nümayiş etdirərək dərsə başladı.Qrup və kollektiv şəklində tapşırıqları yerinə yetirərək şagirdlər maraqlı müzakirələr apardılar.Azərbaycan,Vətən haqqında şeirlər söylədilər.Qruplarla iş zamanı Azərbaycanın dövlət rəmzlərinin şəkillərini çəkən şagirdlər onlar haqqında geniş məlumat verdilər.Dərsin müzakirəsində irad və təkliflər bildirildi.