Milli Dirçəliş Günü
17 Noyabr Milli Dirçəliş Günüdür.1992-ci ildə elan olunan bu günün xalqımızın tarixində mühüm yeri var.1998-ci ilin noyabr-dekabr aylarında sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət xalqın ayağa qalxıb öz azadlığını tələb etməsi ilə nəticələndi.Bakıda keçirilən (17 noyabr-5 dekabr)uzunmüddətli mitinqlər respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.Hazırda suveren və müstəqil bir dövlətdə yaşayırıq.Dünya dövlətləri içərisində özünəməxsus yerdə dayanan Azərbaycan müstəqil siyasət yürüdərək tezliklə itirilmiş torpaqlarını da geri alacaq,doğma yurdlarından didərgin düşmüş soydaşlarımız ata-baba ocağına geri dönəcəklər. Milli Dirçəliş Günü münasibətilə ibtidai siniflərdə “Mənim Vətənim”,”Azad respublikam”,”Vətənimin keşiyində”mövzusunda dərslər keçirildi.Şagirdlər Vətəni vəsf edən şeirlər söylədi,şəkillər çəkdi,həmin günün mahiyyətini əks etdirən salydlara tamaşa etdilər.