2d sinfində açıq dərs keçirildi

       15.11.2017-ci il tarixdə 2d sinfində”Vurğu”mövzusunda açıq dərs keçirildi.Dərsin məqsədi şagirdlərdə düzgün tələffüz normalarına riayət etmək,vurğusuna görə fərqlənən sözləri cümlələrdə düzgün işlətmək bacarığı aşılamaq idi.Verilmiş tapşırıqlarda şagirdlər vurğuya uyğun sözün mənasını düzgün müəyyənləşdirərək cümlələrdə işlətdilər.Həyat bilgisi fənninə inteqrasiya dərsi daha da maraqlı etdi.Şagirdlər vurğusu dəyişməklə mənası dəyişən sözlərə aid maraqlı şəkillər də çəkdilər.Dərs zamanı mövzuya uyğun şeir nümunələri də söylənildi.Qrup və fərdi şəkildə olan tapşırıqlara görə şagirdlər qiymətləndirildi.Dərsin müzakirəsində irad və təkliflər bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi