Bayrağımız qürur mənbəyimizdir

Dövlət Bayrağı Günü münasibətılə məktəbimizdə “Bayrağımız qürur mənbəyimizdir”adlı tədbir keçirildi.Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Səfərova və musiqi müəllimi Ş.İsmayılovanın hazırladıqları bu tədbirdə məktəbin müəllim kollektivi,şagirdlər və valideynlər də iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Şagirdlər üçrəngli bayrağımızın yaranma tarixi haqqında ətraflı məlumat verdilər.Onlar qürurumuz olan bayraq haqqında şeirlər,musiqi nömrələri ilə çıxış etdilər.Milli əsgər paıtarı geyinmiş məktəbli oğalnlar Vətənini şərəflə qoruyan,bayrağını həmişə başı üzərinə qaldıran qəhrəman oğulların obrazını yaratdılar.Gələcəyin əsgəri kompozisiyasının sonunda bayrağı öpərək onu daim uca tutacaqlarına,vüqarla daşıyacaqlarına and içdilər.Tədbirin sonunda məktəbin direktoru V.Babayev çıxışında bayrağın millətimizin milli kimliyinin,dilinin,mədəniyyətinin,dini-mənəvi əxlaqının,milli ideologiyasının ifadəsi olduğunu tədbir iştirakçılarının diqqət çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi