Ana dili fənnindən açıq dərslər və monitorinq davam edir

07.11.2017-ci il tarixlndə 1c sinfində Ana dili fənnindən növbəti açıq dərs keçirildi.Dərsin məqsədi şagirdlərə düzgün oxu və yazı vərdişləri aşılamaq,dinlədiyi məlumata münasibət bildirmək qabiliyyətini inkişaf etdirmək idi.Müəllim şagirdləri dörd qrupa bölərək hər qrupa ayrı-ayrı tapşırıqlar verdi.Kiçik yaşda olmalarına baxmayaraq ,şagirdlər “Y” hərfi ilə baglı müxtəlif sualları cavablandırdılar,fikirlərinə uyğun şəkillər çəkdilər.Onlar dinlədikləri mətnin məzmununu sadə formada çatdırıb,suallara həyatla əlaqəli cavablar verirdilər.Şagirdlər yaz və yay fəsli ilə bağlı rollu oyun nümayiş etdirdilər.Dərsin müzakirəsində iradlar və təkliflər bildirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi