Ana dilindən nümunəvi dərs
Məktəbin ibtidai sinif müəllimi Həşimova Gözəl 3C sinfində “Üç oglan” mövzusunda nümunəvi dərs verdi. Müəllim məqsədin reallaşmasına xidmət edən metod və üsullardan düzgün istifadə etdi.Motivasiya olaraq “Yalançı çoban” hekayəsi səsləndirildi. “Üç oğlan” mətnində yalan və doğru danışmaq qarşılaşdırıldı.Nəticədə yalan danışmağın acı sonluğu müşahidə olundu.Uşaqlar “Yalançılığın insan həyatındakı mənfi təsiri nədən ibarətdir?-sualına cavab verdilər.Müəllim deyilənləri ümumiləşdirərək həmişə sözün düzünü deməyin lazım olduğunu söylədi.Rollu oyun zamanı şagirdlər mövzuya uyğun ssenari yazıb, dialoq qurdular.Bu zaman onlar öz nitqlərində düzgün nitq etiketlərindən,jest və mimikadan istifadə bacarıqlarını nümayiş etdirdilər.Şagirdlərin özünüqiymətləndirmə üsulu müəllim tərəfindən maraqlı və özünəməxsus hazırlanmışdı.Dərsin müzakirəsi zamanı irad və təkliflər bildirildi.