UŞAQ HÜQUQLARI AYLIĞI
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının Azərbaycan Respublikasında radifikasiya edilməsinin 25-ci ildönümü ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”elan olunmuşdur. Məqsəd ölkəmizdə Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu münasibətlə Nəsimi rayon 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə Nəsimi rayon məktəblərinin təhsildə fərqlənən və məcburi köçkün ailələrindən olan məktəbliləri də iştirak etdilər. Tədbir Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Ağayeva məktəb direktorları və müəllimlər iştirak edirdilər. Məktəbimizin şagirdləri bayrağımızın rənglərini əks etdirən göy rəngli geyimlərlə və Uşaq Hüquqları Konvensiyanın maddələrini əks etdirən plakatlarla çıxış etdilər. Tədbirin sonunda m’kt’bimiz Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplomla təltif olundu.