"Atanın oğluna nəsihəti"

Bu gün 3a sinfində Ana dili fənnindən “Atanın oğluna nəsihəti “mövzusunda açıq dərs keçirildi.Açıq dərs elektron lövhədən istifadə edilərək dahi şair N,Gəncəvinin əsərlərinə çəkilmiş illüstrasiyaların nümayişi ilə başladı.Müəllim şagirdlərdən bu şəkilləri harada gördüklərini soruşdu.Şagirdlər N.Gəncəvi və onun əsərləri barədə məlumatlar verdilər,əsərlərdən parçalar söylədilər.Dərsin qarşıya qoyduğu məqsəd əsas fikri həyatla əlaqələndirmək,mətnin ideyasını müəyyənləşdirmək,mətni düzgün intonasiya ilə oxumaq,sözlərin böyük və ya kiçik hərflə yazılış qaydasına düzgün əməl etmək idi.Şagirdlər dərs boyu fəallıq göstərərək verilən tapşırıqları yerinə yetirdilər.Həyat bilgisi fənnindən öyrəndikləri bu əsərin ideyasını üzə çıxarmaqda onlara kömək etdi.Qrupla iş zamanı da şagirdlər qrammatikadan öyrəndiklərini tətbiq edə bildilər,tapşırıqda buraxılmış səhvləri müəyyənləşdirdilər.Açıq dərsin müzakirəsində iştirak edən ibtidai sinif və yuxarı sinif müəllimləri rəy və təkliflərini bildirdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi