Açıq dərs
İbtidai siniflər üzrə fənn aylığı çərçivəsində 2ç sinfində “Bağban və oğulları “mövzusunda növbəti açıq dərs oldu.Qarşıya qoyulan məqsəd standarta uyğun idi:Şagirdlər mətnin hissələrinə başlıqlar verməklə plan qurmalı və ona əsasən öz sözləri ilə danışmalı,düzgün ifadəli oxu bacarığını reallaşdırmalı və əməkdaşlıq etməyi bacarmalı idilər.Məqsədi reallaşdırmaq üçün müəllim şagirdlərə maraqlı tapşırıqlar verdi.Şagirdlər tapşırıqların öhdəsindən həvəslə gəlirdilər.Uşaqlarda gözəl nitq bacarığı ,rəsm qabiliyyəti,əməkdaşlıq müşahidə olunurdu.Müəllim məqsədi dərs boyu reallaşdıra bildi. Açıq dərsin müzakirəsi oldu.Təklif və tövsiyələr,müsbət cəhətlər və iradlar qeyd edildi