Ibtidai sinifllərdə Ana dili aylığı

Azərbaycan Respublikası Təhsil naziri M.Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci tədris ili “Təhsildə keyfiyyət “ili elan olunub.Bununla əlaqədar ibtidai siniflərdə fənlərin tədris keyfiyyəti və səmərəliliyini yoxlamaq,şagirdlərin bilik və bacarıqları ilə yaxından tanış olmaq məqsədilə açıq dərslərin,yoxlama imla,nəzarətli test tapşırıqları ilə yoxlamalar keçirilməsinə start verdik.Kiçik yaşlı məktəblinin bir şəxsiyyət kimi formalaşmasında sözlərin düzgün yazılışı və tələffüzü mühüm rol oynayır.Bu həftə ərzində III-IV siniflərdə şagirdlərin savadlı yazı vərdişlərinə necə yiyələnmələrini,sadə hüsnxət normalarına hansı dərəcədə riayət etdiklərini yoxlamaq üçün yoxlama imla yazı işləri aparıldı.Bu yazı ışləri sinif müəllimləri deyil,metodbirləşmə sədri X.Hüseynova və S.Tarverdiyeva tərəfindən aparıldı.Yazı işləri yoxlanılan zaman şagirdlərin hansı normalara düzgün riayət edib-etməməsi aşkara çıxdı.Nöqsanları aradan qaldırmaq üçün müvafiq tədbirlər görülüb,müəllimlərə tapşırıqlar verildi. 1c sinfində Ana dili fənnindən““B”hərfi və səsi “mövzusunda keçirilmiş açıq dərsdə isə şagirdlərin dinləyib-anlama və danışma ,yazı standartlarına hansı qaydada yiyələnmələri müşahidə olundu.Kiçik yaşda olmalarına baxmayaraq,birincilər dərs prosesində fəallıq göstərərək,verilən tapşırıqlara tez və düzgün əməl etməklə,sualları ərtaf aləmlə əlaqəli cavablandırmaqlara öz bilik və bacarıqlarını nümayiş etdirdilər.İnanırıq ki,atdığımız hər addım məktəbimizdə təhsilin keyfiyyətini və səmərəliliyini yüksəltməyə təkan verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi