Müstəqilliyimiz əbədidir

Azərbaycan tarixinin ən mühüm günlərindən biri 18 oktyabrda qeyd edilir.Bu,Milli Müstəqillik Günüdür.XX yüzillikdə Azərbvaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı.Bu tarixdən Azərbaycan suveren ölkədir.Hazırda ölkəmiz həm siyasi ,həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bu bayram münasibətilə məktəbimizdə “Müstəqilliyimiz əbədidir”adlı tədbir keçirildi.Şagirdlər xalqımızın keşməkeşli tarixini,onun əzmkarlığını və azdlıq yolunda verdiyi qurbanları qürurla yad etdilər.Onların Vətənə,xalqa,qəhrəmanlığa həsr olunmuş şeirləri,səhnəcikləri,mahnı və rəqsləri tədbirdə iştirak edənlərdə xoş təəssürat yaratdı.V sinif şagirdlərinin ifa etdiyi xalq mahnı və rəqslərində də bu xalqın qədim və şanlı keçmişi bir daha vərəqlənmiş oldu.Müstəqillik yolunda,istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycanın o dövrkü tarixinə həsr olunmuş viderorolik izlənildi.”Dünyaya səs salıb adın,Şərəf ilə sən ucaldın”,-söyləyən şagirdlər Vətənimizin azadlığı və müstəqilliyi yolunda özlərinin də əzmlə çalışacaqlarına söz verdilər.Müstəqillik bayrağını ikinci dəfə qaldırmaqla şöhrətinə şöhrət gətirən,uğuruna uğur gətirən Azərbaycanı Şərqə nur yayan sönməz məşələ bənzədən şagirdlər Vətənimizlə fəxr etdiklərini bir daha nümayiş etdirdilər.Tədbirin sonunda məktəbin direktoru V.Babayev çıxış edərək bu günün əhəmiyyəti,o dövrkü siyasi vəziyyət və bu çətin yolda qurban verdiyimiz qəhrəmanlardan danışdı.O,bu günkü müstəqil Azərbaycanın çiçəklənməsində müstəsna rolu olan ulu öndər H.Əliyevin fəaliyyətindən və onun ideyalarının uğurlu davamçısı prezident İ.Əliyevin ölkənin inkişafı və dünyada tanınması istiqamətində gördüyü işlərdən söz açdı.Tədbir “Müstəqilliyimiz əbədidir “şüarı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi