"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ,BİR DAHA ENMƏZ"

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.Azərbaycan Respublikasının bayrağı,Gerbi və Himni Azərbaycan Dövlətinin müqəddəsliyini tərənnüm etdirən müqəddəs rəmzlərdir.Dövlət atributu olan Azərbaycan Bayrağına ehtiram göstərmək ölkə vətəndaşlarının borcudur.Azərbaycan Respublikasının dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb.Həmin ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Bu tarixi günlə bağlı Bakı şəhəri 211 saylı tam orta məktəbdə geniş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru V.Babayev,müəllimlər,valideynlər,şagirdlər iştirak etdi.Tədbir boyu iştirakçılar vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib ,mövzu ilə bağlı video çarxları izlədilər.Tədbir boyu 3 rəngli Azəbaycan bayraqları şagirdlərin əllərində zalda dalğalanırdı.Tədbirin sonunda məktəbin direktoru V.Babayev tədbir iştirakçılarını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi