Məktəbdə "Son zəng" tədbir keçirilmişdir

İyunun 14-də Azərbaycan Respublikası Təhsil nazirinin 08 iyun 2017-ci il tarixli, 128 nömrəli əmrinin icrasına əsasən məktəbimizdə “Son zəng” tədbiri keçirildi.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri, Yazıçılar Birliyinin üzvü şair Zahid Xəlilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rəhim Quliyev və “Qarabağ Həqiqətıərini Aləmə Tanıtma "İctimai birliyinin sədri Əli müəllim iştirak etdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru V. Babayev açdı. O, məzunları təbrik edərək daha bir ilin son zənginin də bununla bitəcəyini və neçə-neçə gəncin yeni həyat yollarına üz tutacağını, bu gündən etibarən onların məktəbdə oxuyan şagird yox, artıq Müstəqil Azərbaycanın azad gənclərinə çevriləcəyini bildirdi.V.Babayev məzunlara gündən-günə çiçəklənən Azərbaycanın bundan sonrakı inkişafında fəal iştirak etməyi və müstəqil həyatda onlara xoşbəxtlik ,uğurıar arzuladı. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri Zahid Xəlilov çıxış edərək şagirdləri təbrik etdi və onlara gələcək həyatlarında nailiyyətlər arzuladı.Tədbir zamanı alı məktəblərə qəbul imtahanlarının birinci mərhələsində yüksək bal toplayan və məktəbin içtimai işlərində fəal iştirak edən şagirdlər diplomlarla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi